Avq 22, 2017 10:35 Asia/Baku
  • Livanın şərqində Fəcr əl-Curud əməliyyatının 3-cü etapı başlanıb
    Livanın şərqində Fəcr əl-Curud əməliyyatının 3-cü etapı başlanıb

Livan ordusu ölkənin şərqində İŞİD terror qruplaşması əleyhinə Fəcr əl-Curud əməliyyatının üçüncü etapının başlandığını bildirib.

Livan ordusu komandanı Cozef Oun ötən şənbə ölkənin şərq yüksəkliklərində İŞİD terror qruplaşması əleyhinə Fəcr əl-Curud əməliyyatının başlanmasına göstəriş verib. 

İRİB-in əl-Məyadin televiziyasına istinadla verdiyi məlumata görə, Qərbi Qələmun cəbhəsində də əməliyyat bu gün səhər yeni mərhələyə daxil olub. Belə ki, Suriya ordusu və Livanın müqavimət döyüşçüləri Livan və Suriya sərhədlərində Qərnə əl-Zəvitinə yüksəkliklərinə doğru irəliləməkdədirlər. 

Məlumata görə, müqavimət döyüşçülərinin əl-Şənşar və əl-Səhric yüksəklikləri istiqamətində irəliləyişləri yeni bölgələrin azad olunması ilə nəticələnib və Suriya istiqamətində İŞİD terrorçularının mühasirəyə alınması halqası daralıb. 

Suriya ordusu və müqavimət döyüşçülərinin əl-Cəracir yüksəkliklərində əl-Zəmrani keçidinə daxil olması ilə İŞİD terrorçuları silah və sursatlarını ataraq döyüş meydanından qaçırlar. 

Livan İslam Müqaviməti Qüvvələri Suriya-Lİvan sərhədləri arasında əl-Zəmrani-Fifa keçidlərinə nəzarət etməklə terrorçuların yardım xətlərini kəsiblər. İŞİD-çilərin yeganə çıxış yolu Mərtəbiyyə keçididir. 

İŞİD terrorçularının işğalında olan qalan ərazi isə təxminən 100 kvadratkilometrdir. Halbuki onlara qarşı əməliyyat başlamazdan öncə, İŞİD-çilər 240 kvadratkilometr ərazini işğalda saxlayırdılar. 

Həmçinin Livan ordusuna bağlı dairələr bildiriblər ki, Curud Ərsalın Vadi Xəşən bölgəsində əllə hazırlanan bir bombanın zərərsizləşdirilməsi zamanı bir hərbçi həlak olub və dörd nəfər də yaralanıb. 

Teqlər