Avq 24, 2017 11:31 Asia/Baku
  • Doha: Qətərin səfiri Tehrana geri dönəcək
    Doha: Qətərin səfiri Tehrana geri dönəcək

Qətərin Xarici İşlər Nazirliyi bu gün səhər bildirib ki, öz səfirini Tehrana qaytaracaq.

Qətərin Xarici İşlər Nazirliyi bir bəyanatda qeyd edib ki, Dohanın bu addımı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə atılır.

Bəzi mənbələr də bildiriblər ki, Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Sani İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon əlaqəsi saxlayaraq, bu ölkənin səfirinin Tehrana geri dönməsini ona xəbər veribdir.

Qətər öz səfirini Ərəbistanın təzyiqləri altında ötən ilin yanvarında Dohaya geri çağırmışdı.

Qətərin müdafiə naziri son zamanlar qeyd etmişdi ki, Ərəbistan ilə onun müttəfiqlərinin zalımcasına sanksiyalarından sonra İran öz hava məkanını Qətərin uçuşlarının üzünə açaraq, Dohaya ilk tənəffüs yolunu açmış oldu.

Xalid bin Muhəmməd Ələtiyyə əlavə edib: İran öz hava məkanını Qətərin uçuşlarının üzünə açmaqdan əlavə, ərzaq məhsulları daxil olmaqla Dohanın bəzi ehtiyaclarını da təmin edibdir.

İran rəsmiləri daim vurğulayıblar ki, Qətərə və digər region ölkələrinə yardım İran xalqının dini və islami borcudur və qeyd ediblər ki, hazırda Qətər üçün yaranmış problemlərə görə, İran bu ölkə xalqına lazım olan əmtəə mallarını ona göndərməyə çalışır.

Teqlər