Sionistlər İŞİD sıralarında
-
Sionistlər İŞİD sıralarında
Bir sionist qəzet sionistlərin İŞİD sıralarında olmalarından xəbər verib.
Sionist "Ceruzalem Post" qəzeti dünən sionist rejimin daxili xəfiyyə xidməti- ŞABAK-ın mənbələrinə istinadən yazıb: Uşaqlıqda SSRİ-dən istiqlaliyyət əldə etmiş ölkələrdən işğal olunmuş Fələstin ərazilərinə gəlmiş bir qadın və kişi İŞİD-ə qatılıbdır.
Bu məlumata görə, İŞİD-ə qoşulmuş 32 yaşlı yəhudi kişi işğal olunmuş Fələstin ərazilərindəki Lod şəhərinin sakinlərindəndir. 28 yaşlı yəhudi qadın isə Əşdud şəhərinin sakinidir.
"Ceruzalem Post" sonra yazıb ki, sionist rejimin başçıları İŞİD-ə qoşulmuş təqribən 20 yəhudini aşkar ediblər.
Bu sionist qəzetin yazdığına görə, sionist rejimin başçıları hərbi mövqelərə hücum niyyətində olan 1948-ci il ərazilərində yaşayan ərəblərdən yeddi nəfəri İŞİD-in tabeliyində olan dəstə yaratmaq ittihamı ilə həbs ediblər.
Belə bir halda sionist rejim daim təkfirçi-sionist terrorçuları himayə və hətta onların yaralılarını işğal olunmuş Fələstin ərazilərindəki xəstəxanalarda müalicə edir.