Avq 24, 2017 14:39 Asia/Baku
  • Hadi Əlamiri
    Hadi Əlamiri

İraqın Bədr təşkilatının sədri bildirib ki, İŞİD terrorçuları Təl-Əfər şəhərində dağılmaqdadırlar.

İraqın Bədr təşkilatının sədri Hadi Əlamiri dünən Təl-Əfər şəhərindəki son meydan durumu haqda bildirib ki, Təl-Əfərin azad edilməsi əməliyyatında hərbi qüvvələrlə Həşdüşşəbi üzvləri arasındakı ahəngdarlıq yüksək səviyyədədir.

Bədr təşkilatının sədri vurğulayıb: Təhlükəsizlik qüvvələri Təl-Əfərin şimali və cənubi Kəfah məhəllələrində yaxşı irəliləyişlərə malik olublar və əgər onlar bu cür davam edərlərsə, böyük və sürətli bir qələbəni həyata keçirmiş olacaqlar.

Hadi Əlamiri söyləyib: İndiyədək İŞİD terrorçuları tərəfindən bir müqavimət görünməyibdir; iraqlı İŞİD-çilərin sıraları dağılıb və bəzi xarici terrorçular bölgədən çıxmaqdadırlar.

Digər tərəfdən, Təl-Əfər əməliyyatının komandanı Əbdulamir Rəşid Yarəllah deyib: İraqın ordu qüvvələri Təl-Əfər şəhərindəki bir neçə kəndi İŞİD terrorçularının işğalından çıxara və Əlməhləbi məntəqəsinin qərbində yerləşən “Şeyx İbrahim” yüksəkliklərinin nəzarətini ələ ala biliblər.

Təl-Əfərin azad edilməsi əməliyyatı İraq silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadinin birbaşa əmri ilə avqustun 20-də başlanıb və bu müddətdə iraqlı qüvvələr diqqətəlayiq uğurlar əldə ediblər.

 

 

Teqlər