BMT Ərəbistanı Yəməndə insan haqlarının pozucusu bilir
-
BMT Ərəbistanı Yəməndə insan haqlarının pozucusu bilir
BMT Ərəbistanı Yəməndə insan haqlarının pozucusu bilir və onu yəmənli uşaqları qırğın etməkdə ittiham edibdir.
BMT-yə sımış məlumata görə, Yəməndə insan haqlarını pozmaqda və yəmənli uşaqları qırğın etməkdə ittiham olunan və Ərəbistanın başçılığı altında olan koalisiyanın qırıcılarının Yəmənin paytaxtı Sənanın yaxınlığındakı bir məhəlləyə qarşı hava hücumunda 42 nəfər şəhid olub. Onların əksəriyyətini mülkilər təşkil edirlər.
Ərəbistanın başçılığı altında olan koalisiya onda ittiham olunur ki, Ənsarullah hərəkatının hədəflərinə qarşı hava hücumları zamanı yəmənli mülkilərdən neçə nəfərin həyatını itirməsinə əhəmiyyət vermir. BMT bildiribdir ki, Yəməndəki insan böhranı bütün dünyada ən ağır insan böhranıdır. İndiyədək BMT Yəmənə humanitar yardımların göndərilməsi üçün maliyyə mənbələrinin yalnız 41 faizini toplaya bilibdir. Belə bir halda, Yəmən əhalisinin dörddə bir hissəsindən çoxu aclıq və vəba kimi müxtəlif xəstəliklərə tutulma təhlükəsi qarşısındadır.