İŞİD-in yeni cinayəti
Avq 25, 2017 13:47 Asia/Baku
-
İŞİD-in yeni cinayəti
İraqın Kərkük vilayətindəki bir təhlükəsizlik mənbəyi bildirib ki, İŞİD terror qrupu Əlhəvicə şəhərindən qaçmağa cəhd etdiyinə görə, səkkiz iraqlını yandırıbdır.
Adının açıqlanmamasını istəmiş bu mənbə Əlsuməriyyə telekanalı ilə müsahibədə deyib: Bu səkkiz iraqlı arasında bir südəmər körpə olub və onun ata-anası da yandırılıbdır.
İndiyədək 150 mindən yuxarı iraqlı bu məntəqələrdən Kərkük şəhərinə qaçıbdır.
İŞİD terror qrupu son aylar ərzində öz işğalı altında olan bütün məntəqələrdə ardıcıl məğlubiyyətlərə uğrayır. İraqın Mosul şəhərinin azad edilməsindən sonra İŞİD terrorçuları Neynəva vilayətinin Təl-Əfər şəhərində də məhv edilməkdədirlər.