Əl-İbadi Tələfərə daxil olub
-
Əl-İbadi Tələfərə daxil olub
İraqın baş naziri və İraq Silahlı Qüvvələrinin Baş Komandanı Heydər Əl-İbadi bu gün ölkənin şimalında yerləşən Tələfər şəhərinə daxil olub ki, bu şəhərin yaxın saatlarda İŞİD terrorçularının işğalından azad edilməsini rəsmən elan etsin.
İRİB-in Əl-İttica telekanalına istinadən verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələri Təlləfərin tamamiylə İŞİD terrorçularının işğalından azad edilməsinin elan edilməsinə görə, bu şəhərin bütün məhəllələrini tam nəzarətə alaraq hazırlaşırlar.
Əl-İttica telekanalı bildirib: İraqın təhlükəsizlik və xalq səfərbər qüvvələri şəhərin mərkəzində yerləşən bəzi kiçik ərazilər istisna olmaqla Tələfərin bütün məhəllələrini İŞİD-in işğalından azad edilbər.
Baş nazir Əl-İbadinin Tələfərə səfərində onu milli təhlükəsizlik üzrə müşavir Falih Əl-Fəyyaz, İraq xalq səfərbər qüvvələrinin əməliyyat komandanı Əbu Mehdi Əl-Mühəndis və İraqın hərbi komandanlarından olan General Əbdül-Əmir Yarəllah müşayiət edirlər.
İraqın hərbi qaynaqları və Həşdüşşəbi qüvvələri də Tələfərin Əssəlam bölgəsinin də azad edilməsindən xəbər veriblər.
Həşdüşşəbi qüvvələri şənbə günü Tələfərin şimal qərbində 18 cəsədin yerləşdiyi İŞİD qrupuna aid olan bir böyük həbsxananı aşkar ediblər. Eyni zamanda İraqın xalq qüvvələrinin 6-cı diviziyasının mühəndislik bölməsi Tələfərin şimal qərbində Əssəd ərazisini təmizləyib.
Neynəva vilayətinin qərbində yerləşən Tələfər şəhərinin azad edilməsi əməliyyatı 2017-ci il avqustun 20-də başlanıb.