Avq 27, 2017 12:42 Asia/Baku
  • İŞİD Hizbullah qarşısında təslim oldu
    İŞİD Hizbullah qarşısında təslim oldu

Müqavimət qüvvələri Livan sərhədində İŞİD ünsürlərinə yaxınlaşdıqdan sonra İŞİD ünsürləri Hizbullah qüvvələrinə təslim olmaq qərarına gəliblər.

İŞİD terror qrupunun üzvləri müqavimət və Hizbullah qüvvələri qarşısında təslim olduqdan sonra Suriyanın şərqindəki Diyrəzzura köçürüləcəklər.

Bəzi mənbələr deyirlər ki, İŞİD terror qrupu oğurlanmış livanlı əsgərlərin taleyini Hizbullaha elan edibdir.

Müqavimət qüvvələri Suriyanın Əlqələmun məntəqəsindəki "Vadi Mira"da dəfn olunmuş dörd şəhidin cənazəsini təhvil alacaqlar. İŞİD həmçinin bir əsirin cəsədini iki digər şəhid ilə yanaşı müqavimətə təhvil verəcək.

Livan ordusu bu gündən etibarən yerli vaxtla səhər saat yeddidə bu ölkənin Suriya ilə sərhədindəki "Cərud Əlqa" və "Rəəs Bəəlbək" məntəqələrində atəşkəs elan edib. İŞİD terrorçularının Suriya sərhədində atəşkəsin bərqərar edilməsi üzrə istəyi ilə razılaşmış Livan ordusunun komandanlığı bir bəyanatda atəşkəsin səbəbini oğurlanmış livanlı hərbçilərin taleyi barədə müzakirələr adlandırıb.

Teqlər