Avq 28, 2017 20:09 Asia/Baku
  • Sionistlər Məscidül-Əqsaya təhqirlərini davam etdirirlər
    Sionistlər Məscidül-Əqsaya təhqirlərini davam etdirirlər

Sionist qəsəbə sakinləri bir daha Məscidül-Əqsaya girərək bu mübarək məkana hörmətsizlik ediblər.

Fələstin informasiya mərkəzinin Qüdsdən verdiyi məlumata görə, sionist qəsəbə sakinləri bu gün Məscidül-Əqsaya girərək məscidin müxtəlif hissələrində qıcıqlandırıcı formada dolaşıblar və şəkil çəkiblər. 

Sionistlərin Babül-Muğaribə qapısından Məscidül-Əqsaya girişi sionist hərbçilərin kəskin dəstəyi ilə mümkün olub. 

Fələstinli namaz qılanlar və dini mədrəsələrin tələbələri Allahü-Əkbər fəryadları ilə sionist təcavüzkarlara qarşı reaksiya göstəriblər və onları məscidi tərk etməyə məcbur ediblər. 

Qüds Beynəlxalq Müəssisəsinin verdiyi məlumata görə, 2016-cı il avqust ayından cari ilin avqust ayınadək 23 min 661 sionist Məscidül-Əqsaya təcavüz edib və bu rəqəm ötən ilki ilə müqayisədə 58 faiz artımı göstərir. 

Sionistlər özlərinin ekspansionist məqsədlərinə nail olmaq üçün daima Məscidül-Əqsaya hücum edir və müsəlmanların müqəddəslərinə hörmətsizlik edirlər. 

2015-ci il oktyabr ayından Qüds intifazəsinin başlanmasından bəri geniş vüsət alan bu hücumlarda indiyədək 350 fələstinli şəhid olub və çoxlu sayda adam yaralanıb yaxud həbs edilib. 

Teqlər