Livanın şərqi İŞİD-in işğalından azad edildi
Avq 29, 2017 09:54 Asia/Baku
-
Livanın şərqi İŞİD-in işğalından azad edildi
Livanın şərq əraziləri işğalçıların nəzarətindən çıxarılıb.
İŞİD terrorçularını daşıyan sonuncu avtobus dünən Livanın "Rəs Bəəlbək" yüksəkliklərini tərk edib.
İŞİD terror qruplaşması bazar günü səhər mühasirə halqasının daralması və Livan Hizbullahı ilə ordu qüvvələrinin hücumlarının artmasının ardınca atəşkəs ilə razılaşaraq, müqavimət qüvvələrinə təslim olmuşdular.
Bu atəşkəsə əsasən terrorçular Suriyanın şərqində yerləşən Deyrəzzura köçürüləcəklər.
Dünən həmçinin, Suriya ordusu və müqavimət qüvvələri Qərbi Qələmun məntəqəsini də İŞİD terrorçularından təmizləməyə nail olub.