Avq 31, 2017 15:34 Asia/Baku
  • 
Yəmənli hüquq müdafiəçiləri BMT ofisi qarşısında piket keçiriblər
    Yəmənli hüquq müdafiəçiləri BMT ofisi qarşısında piket keçiriblər

Yəməndə BMT-nin ofisi qarşısında keçirilən piket iştirakçıları Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzləri barədə beynəlxalq ictimaiyyətin susqunluğunu pisləyiblər.

PressTv-nin verdiyi məlumata görə, yəmənli qadınlar və hüquq müdafiəçiləri Sənada Birləşmiş Millətlər Təşkilatının ofisi qarşısına toplaşaraq səudiyyə ərəbistanının Yəmənə qarşı təcavüzlərini pisləyiblər. 

Etirazçılar səudiyyəlilərin törətdikləri cinayətləri özündə əks etdirən foto şəkilləri kameraların önünə tutublar. Bu fotoşəkillərdə qətlə yetirilmiş uşaqlar da müşahidə olunur. 

Müstəqil media cəbhəsinin sədri Əhməd Əl-Məkaş deyib: Aksiya BMT-nin ofisi ilə bir neçə metr məsafədə keçirilib və məqsəd beynəlxalq ictimaiyyətə Səudiyyə Ərəbistanının cinayətləri qarşısında susması və heç bir tədbir görməməsini diqqətə çəkməkdir. 

Səudiyyə Ərəbistanının və müttəfiqlərinin ölümcül hücumları və Yəmənin quru, hava və dənizdən mühasirəyə alınması nəticəsində ölkə ərzaq və dərman çatışmazlığı ilə üz-üzədir və indiyədək yarım milyondan çox insan vəbaya yoluxub. 

Yəmən xalqı Yəmənə qarşı müharibədə Amerika və BMT-ni günahkar hesab edirlər. Yəmənlilərə görə, beynəlxalq ictimaiyyət bu təcavüzə susmasaydı bu müharibə çoxdan bitmiş olacaqdı. 

Teqlər