Sen 02, 2017 13:45 Asia/Baku

Suriyanın şimalında yerləşən Hələb şəhərinin İŞİD terrorçularından azad edilməsindən sonra şəhər sakinləri dünən ilk qurban bayramını qeyd ediblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Hələb sakinləri terrorçuların cinayətlərinin qurbanlarının məzərı üstə gedərək onların xatirəsini yad edib və bayramı biri-birinə təbrik ediblər. 

Həmçinin qurban bayramı günündə Hələb şəhərinə işığın bərpa olunması sakinlərin sevincini iki qat artırıb. 

Ötən il qurban bayramında isə Hələb günahsız sakinlərin qırğın edilməsinin şahidi idi amma Suriya ordusunun səyləri nəticəsində bu şəhər azad edildi və artıq faciəli qırğınlar bu şəhərdə təkrarlanmır. 

Suriya prezidenti Bəşar Əsəd dünən bayram namazını İŞİD terrorçularının işğalından yenicə azad edilmiş qərbi Əl-Qələmunun Qarə şəhərinin Bilal məscidində qılıb. Namazda Suriya baş müftisi və vəqflər nazirinin də iştirakı olub. 

Suriya və Livan sərhədlərində yerləşən qərbi Əl-Qələmun bölgəsində İŞİD terrorçularına qarşı mühasirə daraldıqdan sonra terrorçular təslim olmaq məcburiyyətində qaldılar və bu bölgəni tərk edərək Deyrəzzura köçməklə razılaşdılar.  

Teqlər