İraqın hava qüvvələri Hüveycə üzərinə elan yayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281278-İraqın_hava_qüvvələri_hüveycə_üzərinə_elan_yayıb
İraqlı qüvvələrin Hüveycə bölgəsinin azad edilməsi əməliyyatına hazırlaşmaları çərçivəsində İraqın hava qüvvələri bu bölgə sakinləri arasında milyonlarla elan yayıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 02, 2017 09:52 Asia/Baku
  • İraqın hava qüvvələri Hüveycə üzərinə elan yayıb
    İraqın hava qüvvələri Hüveycə üzərinə elan yayıb

İraqlı qüvvələrin Hüveycə bölgəsinin azad edilməsi əməliyyatına hazırlaşmaları çərçivəsində İraqın hava qüvvələri bu bölgə sakinləri arasında milyonlarla elan yayıblar.

İraqın Müştərək Əməliyyat Qərargahı bu məlumatı təsdiq edərək bildirib ki, elanlarda vətəndaşlara İŞİD-in toplaşdıqları məkanlardan uzaqlaşmaq tövsiyyə olunur və bu bölgənin yaxın günlərdə azad ediləcəyi müjdəsi verilib. 

İraqdakı hərbi mənbələr isə bildiriblər ki, Hüveycənin azad edilməsi əməliyyatı bu bölgədən daha geniş ərazini nəzərdə tutacaq. 

İraqın baş naziri Heydər Əl-İbadi Neynəva vilayətinin İŞİD-dən tam təmizləndiyini bildirib və Müştərək Əməliyyat Qərargahı da Hüveycə sakinlərinə onların ifratçılardan xilas ediləcəkləri müjdəsini verib. 

İraqın Müştərək Əməliyyat Mərkəzinin bəzi mənbələrinin bildirdiklərinə görə, yaxın günlərdə iraqlı qüvvələrlə İŞİD terrorçuları arasında növbəti qarşıdurmaya start veriləcək.