Ər-Riyad medialarda İran əleyhinə təbliğatı qadağan etdi
-
Ər-Riyad medialarda İran əleyhinə təbliğatı qadağan etdi
Səudiyə Ərəbistanı hökuməti bu ölkə qəzetləri və tele-kanallarına İran İslam Respublikasına qarşı təbliğatları dayandırmaları barədə göstəriş verib.
Rəy Əl-Yəum bildirir ki, bu göstəriş həcc məsələsi ilə bağlı əldə edilmiş anlaşmanın ardınca iki ölkə əlaqələrinin yaxşılaşdırılması çərçivəsində verilib.
Səudiyə Ərəbistanı 2016-cı ildə bəzi ölkələr o cümlədən İran və Suriyadan zəvvarların həcc mərasimində iştirakını qadağan etdi.
2015-ci ildə həcc mərasimi zamanı Minada baş verən faciə zamanı 464 iranlı daxil olmaqla 7000 zəvvar həyatını itirmişdi.
Bu arada əldə edilmiş anlaşmaya əsasən Ər-Riyad Ərəbistanın Tehrandakı səfirliyinə baxış keçirməsi üçün bir heyət göndərməlidir. Və bəzi mənbələr Ərəbistanın Tehrandakı səfirliyinin qarşıdan gələn aylar ərzində yenidən açılacağını deyirlər.
Ərəbistanın Suriyada Əsəd hökumətini devirmək üzrə 6 illik səylərinin uğursuz qalmasının ardınca indi, Ər-Riyadın öz mövqeyini dəyişməsi ilə bağlı bəzi fikirlər səsləndirilir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif son zamanlar deyib: Əgər Ərəbistan regional siyasətlərinə düzəliş edərsə, İranın müsbət reaksiyası ilə üzləşəcək.
Zərif əlavə edib: İran Ərəbisanın regional siyasətlərinin destruktiv olduğuna və hətta, Ərəbistanın öz zərərinə olduğuna inanır.