Bəşşar Əsəd Deyrəzzurun mühasirəsinin yarılmasını alqışladı
Sen 05, 2017 20:57 Asia/Baku
Suriya prezidenti Deyrəzzurun mühasirəsinin yarılmasının ardınca bu ölkə ordusu və silahlı qüvvələrini alqışlayıb.
Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Bəşşar Əsəd çərşənbə axşamı Deyrəzzurun Təhülkəsizlik Komitəsinin sədri Rəfiq Şəhadə , 17-ci dviziyanın komandanı Həsən Məhəmməd və 104-cü batalyonun komandanı İsam Zəhrəddin ilə telefon əlaqəsi saxlayaraq, Deyrəzzurun mühasirəsinin yarılması münasibəti ilə silahlı qüvvələri təbrik edib.
Əsəd Deyrəzzurdakı silahlı qüvvələrə xitabən deyib: Siz terrorçular qarşısındakı müqavimətiniz ilə əhd və peymana sadiq olduğunuzu sübut etdiniz və gələcək nəsillər üçün ən yaxşı nümunə olduğunuzu göstərdiniz. Tarix sizi unutmayacaq.