Qəzzədə İran-Fələstin dostluğu şənlikləri keçirilib
İran və Fələstin xalqlarının Qüdsün azad edilməsi uğrunda birləşməsinə təkid məqsədi ilə fələstinli şəhid ailələrindən və uşaqlardan ibarət 200 nəfərin iştirakı ilə Qəzzədə İran-Fələstin dostluğu şənlikləri keçirilib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Sülh üçün Ədalət Beynəlxalq Təşkilatın sözçüsü Məhəmməd Əsğəri deyib: Bu şənlik mərasimi dünən gecə keçirilib.
Onun dediyinə görə, İran-Fələstin dostluğu şənliklərində yeni təhsil ilinin gəlib çatması münasibəti ilə İran xalqının fələstinli şəhidlərin uşaqlarına məktəb ləvazimatları hədiyyə edilib.
Əsğəri deyib: Qəzzə zolağının sionist rejim tərəfindən Fələstin müxtariyyəti və bəzi region dövlətlərinin əməkdaşlığı ilə blokadaya alınması nəticəsində bölgədə acınacaqlı durum yaranıb və son aylarda bir neçə uşaq tibbi məhdudiyyətlər üzündən həyatını itirib.
Sülh üçün Ədalət Beynəlxalq Təşkilatın sözçüsü Məhəmməd Əsğəri deyib: Bəzi ölkələrin siyasi qarşıdurmalar üzündən islam dünyasının birinci məsələsini unutduqları bir halda Fələstinə xalq dəstəyinin zəruriliyi daha çox hiss olunur.