Suriya: İsrail rejimi terroristləri dəstəkləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281645-suriya_İsrail_rejimi_terroristləri_dəstəkləyir
Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı məktublarda sionist rejimin Suriya ordusunun Həmah vilayətindəki bazasına qarşı hava hücumunu pisləyərək, bildirib ki, İsrail rejimi terroristləri dəstəkləyir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 08, 2017 06:20 Asia/Baku
  • Suriya: İsrail rejimi terroristləri dəstəkləyir

Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və Təhlükəsizlik Şurasının dövri sədrinə ünvanladığı məktublarda sionist rejimin Suriya ordusunun Həmah vilayətindəki bazasına qarşı hava hücumunu pisləyərək, bildirib ki, İsrail rejimi terroristləri dəstəkləyir.

Sionist rejim qırıcıları dünən səhər tezdən Suriya ordusunun Həmah vilayəti ətrafında yerləşən Məsyaf məntəqəsindəki hava bazalarından birini hədəfə alıblar. Bu hücumda iki suriyalı hərbçi həlak olub və bu bazaya xəsarətlər dəyibdir.

Suriya Xarici İşlər Nazirliyi bu iki məktubda qeyd edibdir ki, sionist rejimin hava hücumları İŞİD və Cibhətunnusrə kimi terror qruplarını himayə üzrə metoda çevrilibdir.

Suriya Xarici İşlər Nazirliyi bu ölkə ordusunun və onun müttəfiqlərinin dünya tərəfindən terrorizmlə mübarizə apardıqlarını bildirərək, vurğulayıb: BMT və Təhlükəsizlik Şurası indiyə kimi sionist rejimin Suriyaya qarşı təcavüzlərinin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.

İsrail rejimi daim terrorçulara dəstək məqsədilə Suriya ordusunun mövqelərini hədəfə alır.