Qırmızı Xaç Komitəsi: Qəzzənin sakinləri ümidlərini itiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281653-qırmızı_xaç_komitəsi_qəzzənin_sakinləri_ümidlərini_itiriblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri cümə axşamı xəbərdarlıq edib ki, Qəzzə zolağının sakinləri regiondakı fəlakətli vəziyyətə görə, öz ümidlərini itiriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 08, 2017 08:20 Asia/Baku
  • Qırmızı Xaç Komitəsi: Qəzzənin sakinləri ümidlərini itiriblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri cümə axşamı xəbərdarlıq edib ki, Qəzzə zolağının sakinləri regiondakı fəlakətli vəziyyətə görə, öz ümidlərini itiriblər.

Peter Maurer Qərb sahilinə, Qəzzə zolağına və 1948-ci ildə işğal edilmiş ərazilərə etdiyi üç günlük səfərinin sonunda Qəzzədəki həyat şəraitinin günbəgün pisləşdiyini söyləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Qəzzə sakinlərinin gündə üç-dörd saat elektrik enerjisindən istifadə etdiklərini vurğulayaraq, elektrik çatışmazlığının Qəzzə zolağının tibbi və sanitariya xidmətlərinə dağıdıcı və fəlakətli təsir göstərdiyinə diqqət çəkib.

Qəzzədəki elektrik böhranı aprel ayında yanacağın bitməsi üzündən elektrik stansiyasının bağlanmasından və işğal olunmuş Fələstindən göndərilən elektrik enerjisinin azalmasından bəri şiddətlənibdir.