Sen 08, 2017 15:46 Asia/Baku
  • Əfqanıstan Myanma xarici işlər nazirinin Beynəlxalq Haaqa Məhkəməsinə verilməsini istəyib

Əfqanıstanın milli birlik dövlətinin icra başçısı Ruhinqa müsəlmanlarına qarşı cinayətlərə görə, Myanma xarici işlər naziri və bu ölkənin dövlət müşavirinin Beynəlxalq Haaqa Məhkəməsində mühakimə edilməsini istəyib.

Mohəmməd Mohəqqeq Myanma hökumətinin müdafiəsiz Ruhinqa müsəlmanlarına qarşı mütəşəkkil cinayətlərini pisləyərək, Nobel sülh mükafatçısı, üzdəniraq insan haqları müdafiəçisi, Myanmanın xarici işlər naziri və bu ölkənin dövlət müşaviri Aung San Suu Çi-nin Ruhinqa müsəlmanlarının qırğın edilməsində iştirak etdiyinə görə, Beynəlxalq Haaqa Məhkəməsində mühakimə olunmasını istəyib.

O, Myanma ordusunun bəşəriyyətə qarşı cinayətlərini faciəli və kədərli adlandıraraq, BMT-dən öz hücumlarını dayandırması üçün Myanma hökumətini təzyiq altda qoymasını istəyib.

Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı hücumları zamanı 6334 ruhinqalı müsəlman həlak olub və 8349 nəfər də yaralanıbdır ki, onların böyük qismini qadınlar və uşaqlar təşkil ediblər.

Bununla belə, Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı cinayət və qırğın dünya ictimaiyyətinin sükutu altında davam etməkdədir.

Teqlər