Fələstinli namazqılanlar Qəzzənin mühasirəsinin davam etməsinə etiraz ediblər
Sen 08, 2017 19:15 Asia/Baku
Fələstin xalqı geniş aksiya keçirərək, sionist rejim tərəfindən Qəzzənin mühasirəsinin davam etməsini pisləyib.
Qəzzədə cümə namazından sonra keçirilmiş aksiyada etirazçılar Fələstinin milli birliyinə təkid edərək, sionistlərin bu zolağa qarşı təzyiqlərinin dayandırılmasını istəyiblər.
Fələstin İslami Cihad Hərəkatı bugünkü Qəzzə aksiyasında qiraət olunmuş bəyanatda bildirib: Fələstinlilər sionist rejimin Fələstin ərazilərindəki cinayətlərinin davam etməsinə dözmür və sionist rejimin Fələstin xalqı barədəki zalımcasına cəzalarına cavab verəcəklər.