Deyrəzzur hava limanı uğrunda döyüşlər davam edir
-
Deyrəzzur hava limanı uğrunda döyüşlər davam edir
Suriya ordusu Deyrəzzur şəhərinin mühasirəsini yardıqdan sonra, müqavimət qüvvələri və Rusiya hava qüvvələrinin dəstəyi ilə Deyrəzzur hava limanının mühasirəsini yarmağa çalışır.
Suriya ordusu və müttəfiq qüvvələr cümə axşamı Kəvacibdən Şölə məntəqəsinə doğru böyük irəliləyişə malik olub və Şölə qəsəbəsini İŞİD-in işğalından azad edib. Bu gün isə Şölə qəsəbəsi terrorçular tərəfindən quraşdırılmış minalar və bombalardan təmizlənib.
Rusiyanın Müdafiə Nazirliyi isə hava hücumları zamanı 40 terrorçunun o cümlədən İŞİD-in müdafiə naziri adlandırılan şəxsin öldürülməsindən xəbər verib.
Suriya ordusu Deyrəzzur hava limanının mühasirəsini yarmaq üçün şəhərin qərb hissəsindəki bütün istiqamətlərdən hücuma keçib. Əməliyyatın hazırkı durumunu nəzərə alaraq, hava limanının tez bir zamanda azad ediləcəyi ehtimal edilir.