Qətər-Səudiyyə əlaqələrində gərginlik davam edir
-
Qətər-Səudiyyə əlaqələrində gərginlik davam edir
Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi Qətər informasiya agentliyinin Qətər əmirinin Ərəbistan vəliəhdi ilə telefon əlaqəsi saxlaması haqdakı xəbərini təkzib edib.
Birləşmiş Ştatların prezidenti Donald Trampın cümə günü Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəsmiləri ilə telefon danışıqlarından sonra Qətər əmirinin ərəb böhranını həll etmək üçün Səudiyyə Ərəbistanının vəliəhdi ilə ilk telefon əlaqəsi saxlaması haqda xəbərlər yayılmışdı.
Səudiyyə xarici işlər nazirliyindəki bir mənbə bildirib ki, Qətər informasiya agentliyinin Qətər əmirinin Səudiyyə Ərəbistanının vəliəhdi ilə telefon əlaqəsi saxlaması haqda yaydığı xəbərin reallıqla heç bir əlaqəsi yoxdur və bu, bir növ Qətərin həqiqətləri tərsinə göstərmək üzrə səylərinin davamında atılan addımdır.