Türkmən partiyalar İraq Kürdüstanının ayrılması referendumunu boykot ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281969-türkmən_partiyalar_İraq_kürdüstanının_ayrılması_referendumunu_boykot_ediblər
Kərkükdə səkkiz türkmən partiya İraq Kürdüstanının İraqdan ayrılması referendumunu boykot edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2017 07:20 Asia/Baku
  • Türkmən partiyalar İraq Kürdüstanının ayrılması referendumunu boykot ediblər
    Türkmən partiyalar İraq Kürdüstanının ayrılması referendumunu boykot ediblər

Kərkükdə səkkiz türkmən partiya İraq Kürdüstanının İraqdan ayrılması referendumunu boykot edib.

Bu səkkiz partiya mətbuat konfrasında vurğulayıb ki, həmin referendumun nəticələrini rəsmi şəkildə tanımayacaq və ondan qaynaqlanacaq nəticələrlə anlaşmayacaqdır. Onlar bildiriblər ki, Kərkükün müqəddəratının təyini razılaşma və dialoq ilə mümkündür.

Əlhəqq türkmən partiyasının üzvü Sami Əbdüləziz deyib: Türkmənlərdən istəyirik ki, referendumu boykot etsinlər və onda iştirak etməsinlər. Biz bu referendumun nəticələrini rəsmi şəkildə tanımayacaq və və ondan qaynaqlanacaq nəticələrlə anlaşmayacağıq. Biz onu mövcud olmayan bir məsələ kimi qələmə veririk. Kərkükün müqəddəratının təyini yalnız onun müxtəlif tərəfləri arasında  razılaşma və dialoq ilə mümkündür və bir dəstənin öz sözünü yeritməsi uğur qazanmayacaq və məğlubiyyətə düçar olacaqdır.