Sen 12, 2017 19:35 Asia/Baku
  • Əfqanıstanın şimalında bir qrup Taliban dəstə başçısı öldürülüb
    Əfqanıstanın şimalında bir qrup Taliban dəstə başçısı öldürülüb

Talibanın 6 dəstə başçısı Əfqanıstanın şimalında, Qunduz vilayətində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.

İRİB-nin verdiyi məlumata görə, Əfqanıstan ordusunun komandanlıq mərkəzinin mətbuat xidmətindən verilən məlumatda deyilir: Talibanın yüksək səviyyəli komandanlarının Xan Abad şəhərində təşkil etdikləri iclasda baş verən partlayış  zamanı Molla Osman, Molla Əbdülhəsən, Qari Xalid, Molla Zahir, Moləvi Dinməhəmməd və Molla Abdullah adlı 6 komandanı həlak olub.

Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə ötən 24 saat ərzində təhlükəsizlik qüvvələrinin ölkə səviyyəsində həyata keçirdiyi əməliyyatlar zamanı 50 Taliban yaraqlısı o cümlədən bir Taliban komandanı öldürülüb. Bu əməliyyatlar zamanı 17 Taliban yaraqlısı da yaralanıb.

Teqlər