Sen 14, 2017 09:49 Asia/Baku
  • Ərihada fələstinlilərin mənzilləri dağıdılıb

Sionist rejim hərbçiləri Fələstin ərazilərində dağıntı prosesini davam etdirmək istiqamətində İordan çayının qərb sahilində Ərihanın cənub-qərbində bir bölgəyə hücum edərək bir neçə fələstinlinin mənzilini dağıdıblar.

Fələstin İnformasiya Agentliyinin Ərihadan verdiyi məlumata görə, sionist ordusu fələstinlilərə aid 4 mənzili və Ərihada Fələstin Özünüidarə Təşkilatının ən təhlükəsiz ərazilərindən sayılan bir neçə yaşayış massivinin divarlarını dağıdıblar. 

Bu bölgə ərazisinin bir hissəsi də sionist ordunun buldozerləri tərəfindən dağıdılıb. 

Fələstin KİV bildirib ki, onlarla sionist hərbçi buldozer və BTR-dən istifadə edərək Ərihanın ətrafına basqın edib. Mənzilləri və sel qarşısında mənzillərini qorumaq üçün inşa olunan divarları dağıdıblar. 

Fələstinlilər deyirlər ki, bu siyasətdə məqsəd fələstinliləri digər bölgələrə köçürmək, Fələstin ərazilərini sionistlərin məskəni etmək və ümumilikdə bölgənin əhali tərkibini sionistlərin xeyrinə dəyişməkdir. 

Teqlər