Sen 14, 2017 10:45 Asia/Baku
  • ABŞ koalisiyasının Suriyaya hücumunda onlarla sivil həlak olub

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya"nın hava hücumları nəticəsində Suriyanın Riqqə və Deyruz-Zur şəhərlərində 20-dən çox sivil həlak olub.

Trend İnformasiya Agentliyinin məlumatına görə, əksəriyyətini uşaq və qadınlar təşkil edən azı 11 nəfər Riqqə yaxınlığında və Deyruz-Zurun şimalında isə 11 nəfər ABŞ-ın başçılıq etdiyi koalisiyanın hücumlarının qurbanı olub. 

Məlumata görə, bu hücumlar iki şəhərin binaları və infrastrukturuna ciddi ziyan vurub. 

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya"nın İraq və Suriyaya hücumlarını izləyən AirWars Nəzarət Qrupu son vaxtlar bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın 2014-cü ildən bəri İraq və Suriyaya hava hücumları nəticəsində təxminən üç min sivil həlak olub. 

Teqlər