İŞİD İraqın cənubundakı terror aktının məsuliyyətini üzərinə götürdü
Sen 14, 2017 19:51 Asia/Baku
İŞİD terror qruplaşması İraqın cənub-şərqində Zi Qar vilayətindəki terror aktının məsuliyyətini üzərinə götürüb.
İRNA-nın məlumatına görə, terrorçular cümə axşamı günü Zi Qar vilayətinin mərkəzi olan Nasiriyyə şəhəri yaxınlığında yoxlama-keçid məntəqəsi və Fədək restoranına hücum edib və eyni zamanda bomba quraşdırılmış avtomobili partladıblar.
Zi Qar vilayətinin səhiyyə idarəsinin baş direktoru Casim əl-Xalidi bu iki terror aktında həlak olanların sayının 50 nəfər olduğunu bildirib.
Bundan öncə yerli dairələr bu iki terror aktında yeddi nəfərin həlak olduğunu bildirmişdilər.
Zi Qar vilayətində bugünkü terror aktlarında həlak olanlar arasında üç iranlı zəvvar da olub.