Ali-Səud 15 Sentyabr hərəkatının çağırışından qorxuya düşüb
Sen 15, 2017 11:23 Asia/Baku
-
Ali-Səud 15 Sentyabr hərəkatının çağırışından qorxuya düşüb
Ali-Səud rejimi 15 Sentyabr Səud Hərəkatı dinc və etiraz aksiyasının qarşısını almaq üçün Ərəbistanın baş müftisinin ayağına düşüb.
Ərəbistanda ərəbistanlı fəallar və Ali-Səuda müxaliflərdən ibarət 15 Sentyabr adlı hərəkat bir bəyanat verərək bütün ictimai kütlələrin qaydalara əsasən bu hərəkata üzv olaraq cümə günü etirazlarında iştirak etməsini istəyib.
Bu arada Səudiyyə Ərəbistanında vəhhabiliyin banisi Məhəmməd Əbdülvəhhabın nəslindən olan radikal müfti və Ərəbistan Elm və Fitvalar Araşdırmalar İdarəsinin direktoru Əbdüləziz Bin Abdulla Ali-Şeyx 15 Sentyabr Hərəkatının çağırışını yalan, cahillik və kinlilik nişanəsi adlandırıb və onun təşviqatçılarını azğınlıqda suçlayıb.