Sen 16, 2017 19:41 Asia/Baku
  • Əkaşat tam azad olundu

İraq ordusu və xalq səfərbər qüvvələri əl-Anbar vilayətinin qərbində Əkaşatı İŞİD terror qruplaşmasının işğalından azad ediblər.

İRİB-in məlumatına görə, İraq ordusu bir bəyanat verərək bildirib: İraqın müştərək qüvvələri şənbə günü İŞİD terrorçularını bu ölkənin Suriya ilə sərhədində Əkaşatdan tam şəkildə qovublar.

Bu arada İraqın Həşdüş-Şəəbi komandanlığının Müharibə Təbliğatı Qərargahı bir bəyanatda bildirib: Əkaşatın azad olunması əməliyyatında proqnoz olunan bütün məqsədlər qısa müddət ərzində gerçəkləşdi.

Əkaşatın azad olunması üzrə əməliyyat şənbə günü səhər başlamış və İraq müştərək qüvvələri çox tez bir zamanda İŞİD terrorçularını məğlub etmişlər.

Bu əməliyyatda İraq ordusunun birinci, səkkizinci və onuncu diviziyası, taktiki batalyonları, xüsusilə də əl-Anbar vilayəti polisi, Həşdüş-Şəəbi qüvvələri və əl-Anbar vilayəti köçəriləri iştirak edib.

Əkaşat şəhəri 2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən işğal olunmuşdu.

Teqlər