Əfqanıstanın cənub-şərqində terror aktı törədilib
Sen 17, 2017 15:35 Asia/Baku
-
Əfqanıstanın cənub-şərqində terror aktı törədilib
Əfqanıstanın cənub-şərqində, Xost şəhərində partlayış törədilib.
İRNA-nın verdiyi məlumata görə, bu gün Əfqanıstanın cənub-şərqində bir telefon və rabitə xidmətləri mağazasında baş vermiş partlayışda 4 mülki həlak olub, 15 nəfər isə yaralanıb.
Hələ ki, hadisənin məsuliyyətini üzərinə götürən şəxs və ya qrup yoxdur.
Ötən aylar ərzində Əfqanıstanın müxtəlif məntəqələrində o cümlədən paytaxt Kabildə terror aktları intensiv hal almağa başlayıb. İndiyə kimi bu terror aktlarında yüzlərlə nəfər ölüb və yaralanıb.