Sionistlər əl-Əqsa məscidinə basqın edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282761-sionistlər_əl_Əqsa_məscidinə_basqın_edib
Onlarla sionist qəsəbə sakini bir daha əl-Əqsa məscidinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2017 15:07 Asia/Baku
  • Sionistlər əl-Əqsa məscidinə basqın edib

Onlarla sionist qəsəbə sakini bir daha əl-Əqsa məscidinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik edib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, 70 sionist qəsəbə sakini bazar ertəsi günü İsrail reimi hərbçilərinin güclü dəstəyi ilə Babül-Müğaribə tərəfdən və bir neçə dəstə ilə müqəddəs əl-Əqsa məscidinə daxil olub.

Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə daxil olduqdan sonra müsəlmanların ilk qibləsinin müxtəlif yerlərinə gediblər. Bir qrup sionist yəhudi mərasimlərini icra edib.

Əl-Əqsa məscidi sionist hərbçilər və qəsəbə sakinlərinin at oynatdığı məkana çevrilmişdir. Belə ki, onlar bu müqəddəs məkanın islam və xristian kimliyini sionist simvollarla dəyişməyə can atırlar.