"14 Fevral" Koalisiyası Bəhreyndə aksiya çağırışı etdi
Bəhreynin 14 Fevral Koalisiyası Ali-Xəlifə rejimiin şiələrə qarşı repressiv hərəkətlərinin davam etməsinə reaksiyada ölkədə Hüseyn Cüməsi aksiyasının keçirilməsi üçün çağırış edib.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Bəhreyn 14 Fevral Gənclər Koalisiyası Ali-Xəlifə hərbçilərinin məhərrəmlik atributları və ölkənin bəzi bölgələrində əzadarlıq bayraqlarının endirilməsinə reaksiyada vətəndaşlardan gələn cümə "Hüseyn (ə) Cüməsi" şüarı ilə aksiyanın keçirilməsi üzrə çağırış edib.
14 Fevral Gənclər Koalisiyası Hüseyn (ə) əzadarlığı bayraqlarının endirilməsini qeyri-qanuni hərəkət adlandırıb və belə hərəkətlər qarşısında müqavimətin göstərilməsini vurğulayıb.
Ali-Xəlifə rejimi hərbçiləri 16 sentyabrda Bəhreyn şiələrinə qarşı repressiv hərəkətlərinin davamında bəzi bölgələr, o cümlədən Sənabis, Kərzəkanda məhərrəmlik atributlarını yığışdırmaya başlayıblar.