Ali-Səud rejimi Yəmən xalqını qırmaqda davam edir
-
Ali-Səud rejimi Yəmən xalqını qırmaqda davam edir
Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətində bir mənzili bombalaması nəticəsində biri qadın olmaqla 4 nəfər həyatını itirib.
Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Məzrəə məntəqəsində baş verən bu hadisədə bir neçə ev, mağaza və bir təhsil müəssisəsi tamamilə dağılıb.
Bu arada Yəmənin bəzi hərbi mənbələri dünya ictimaiyyəti və beynəlxalq dairələrin Yəmən xalqının qırğın edilməsi qarşısında sükut etmələrini tənqid edib, baş verən cinayətlərə görə BMT-nin məsuliyyət daşıdığını bildiriblər.
Ərəbistanın hərbi helikopterləri də Yəmənin sərhəd Ərbitan məntəqəsində yerləşən Quy, Əl-Xəfaqəvə Hamizə və kəndlərini 20 ədəd raket ilə hədəfə alıblar.
Ərəbistan qırıcıları dünən də Yəmənin Həccə vilayətində Kəşr şəhərini bombalayaraq, bir ailənin üzvü olan 9 nəfərin ölümünə yol açıblar.