Müqavimətə alqış
Fələstin-İran Dostluq Cəmiyyəti Suriya ordusunun terror qruplaşmaları qarşısındakı qələbələri münasibəti ilə Dəməşqdə mədəni iclas təşkil edib və iclasda Fələstin və Suriyada müqavimətə dəstək üzrə İran İslam Respublikasının rolu alqışlanıb.
Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, bu iclas "Ərəb Suriyasına və Müqvimət Mehvərinin Qələbələrinə Eşq olsun!" adı altında keçirilib.
İclas iştirakçıları Suriya ərazisinin qarış-qarış terror qruplaşmalarından təmizlənməsində bu ölkənin fədakarlığı və ərəbilik mehvərinin rolu vurğulanıb.
Fələstin-İran Dostluq Cəmiyyətinin üzvləri bildiriblər: Suriya ərəblərin əsil amalı, yəni Fələstin amalının qorunması, müdafiəsi, eləcə də müsəlmanlar əleyhinə həyata keçirilən məkrli planlar qarşısında ərəb və islam xalqlarının müqəddəratı üçün möhkəm qaladır. Fitnəkarlar bu amalı məhv etməyə və regionu zorakılıq və hərc-mərclikdə qərq etməyə çalışırlar.
Bu cəmiyyətin xarici əlaqələr üzrə əməsul şəxsi Bəssam Rəca deyib: Bizim üçbucaqlı görüntümüz vardır. Suriya, İran və Fələstin. Suriya həmişə mübarizə simvolu olaraq qalacaqdır. Fələstin Suriya rəhbərliyinin ürəyində yerləşir. İran da Suriya və Fələstinin strateji müttəfiqidir. Bu bucaqdan söhbət etdikdə bu əlaqələrin dərinliyi və mübarizə strategiyasından söhbət edirik.