Yəmənin daxili məsələlərinə müdaxilə hakimiyyətin pozulmasıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283111-yəmənin_daxili_məsələlərinə_müdaxilə_hakimiyyətin_pozulmasıdır
Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: Yəmənin daxili məsələlərində müdaxilə onun hakimiyyəti və ərazi bütövlüyünün pozulmasıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2017 12:01 Asia/Baku
  • Yəmənin daxili məsələlərinə müdaxilə hakimiyyətin pozulmasıdır
    Yəmənin daxili məsələlərinə müdaxilə hakimiyyətin pozulmasıdır

Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: Yəmənin daxili məsələlərində müdaxilə onun hakimiyyəti və ərazi bütövlüyünün pozulmasıdır.

Əbdülməlik Bədrəddin çərşənbə gecə deyib: Başqalarının Yəmənin daxili məsələlərinə müdaxilə etməsi bu ölkənin hakimiyyət hüququ və ərazi bütövlüyünün pozulması və yəmənlilərin təhqir olunmasıdır. 

Yəmənin Ənsarullah Hərəkatının baş katibi deyib: 2014-cü ildə Yəmən böhranının diplomatik həllini üzərinə götürən 10 ölkə onu təhdid etdilər və ondan sükut etməsini istədilər. 

Əbdülməlik Husi əlavə edib: O zamanda bu tələbi lağa qoyub. 

Yəmənin Ənsarullah Hərəkatının baş katibi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini sərt tənqid edib və bu iki rejimin axmaqlıq vəziyyətində olduğunu bildirib. 

Əbdülməlik Husi deyib: Düşmən yeni hücum ərəfəsindədir və biz onunla var-güclə qarşılaşmağa hazırıq. 

O Yəməndə siyasi fəallar, o cümlədən İctimai Konqres və Ənsarullah Hərəkatından düşmənlərlə mübarizə üçün səylərini artırmasını istəyib.