Rusiya İŞİD terrorçularının şübhəsi formada Əfqanıstana yerdəyişməsindən nigaranlıq edib
Rusiya İŞİD terrorçularının "naməlum helikopterlər" vasitəsilə Əfqanıstana köçürülməsindən nigaranlıq edib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zamir Kabilov ABŞ-ın Cənubi Asiya üzrə xüsusi nümayəndəsi Alis Velz ilə görüşdə deyib: Amerika tərəfindən idarə olunduğu güman edilən şübhəli helikopterlərİŞİD terrorçularını, onların silahlarını və hərbi təchizatlarını köçürməklə məşğuldurlar. Buna görə də bu məsələni ciddi şəkildə araşdırmaq lazımdır.
Kabulov və Velz arasındakı görüş, Vaşinqtonun Əfqanıstan ilə bağlı yeni strategiyasını açıqlamasından sonra Rusiya və ABŞ rəsmiləri arasında baş tutan ilk görüş sayılır.
ABŞ-ın yeni strategiyasına əsasən Əfqanıstana 4000 yeni hərbçi göndəriləcək və ABŞ hərbçiləri Əfqanıstanda məlum olmayan zamana kimi qalacaqlar.