Yəmənli mübarizlər hava bazasına hücum etdilər
-
Yəmənli mübarizlər hava bazasına hücum etdilər
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Ərəbistanın cənubunda Məlik Xalid hava bazasını bir raketlə vurublar.
Yəmənin əl-Məsirə televiziyasının hərbi dairələrə istinadla verdiyi məlumata görə, ortamənzilli raket bu hərbi bazadakı hərəkətliliyi nəzərə alaraq atılıb və hədəfə dəyib.
Ərəbistanın cənubunda Məlik Xalid hava bazası ən böyük hava cəbbəxanasıdır və qırıcı təyyarələrin Yəmənə hücum etməsi üçün əsas uçuşları bu bazadan həyata keçirilir.
Yəmənin raket bölməsi indiyə qədər dəfələrlə ballistik raketlərlə Məlik Xalid hava bazasını atəşə tutub.
Bu arada Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənubunda Nəcranda Əş-Şərəfə bölgəsində səudiyyəli hərbçilərin hücumunu zərərsizləşdirib və bir qrup ərəbistanlı hərbçini əsir götürüblər.