Bağdad İraqın bütün girişlərinə nəzarəti öz əlinə almaq qərarına gəlib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283711-bağdad_İraqın_bütün_girişlərinə_nəzarəti_öz_əlinə_almaq_qərarına_gəlib
İraq hökuməti ölkənin bütün quru və hava giriş nöqtələrinə mərkəzi dövlətin nəzarət etməsi qərarına gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2017 06:05 Asia/Baku
  • Bağdad İraqın bütün girişlərinə nəzarəti öz əlinə almaq qərarına gəlib

İraq hökuməti ölkənin bütün quru və hava giriş nöqtələrinə mərkəzi dövlətin nəzarət etməsi qərarına gəlib.

İraq hökumətinin sözçüsü Səəd Əl-Hədisi çərşənbə axşamı deyib: İraqın mərkəzi hökuməti bütün sərhəd keçid məntəqələrinə, hava limanlarına və hətta, neft ixracatına nəzarəti tam olaraq, öz əlinə almaq qərarına gəlib. 

Digər tərəfdən İraqın Nazirlər Kabineti bildirib ki, İraq Kürdüstanındakı hava limanlarına nəzarət 72 saata kimi mərkəzi hökumətin nəzarətinə verilməzsə, bu məntəqədə beynəlxalq uçuşlara qadağa tətbiq edəcək. 

İraqın baş naziri Heydər Əl-İbadi də çərşənbə axşamı Bağdadda bir mətbuat konfransında deyib: Nazirlər Kabineti ölkənin bütün quru və hava giriş-çıxış nöqtələrinin mərkəzi hökumətin nəzarəti altına keçməsi qərarına gəlib. 

İraqın baş naziri həmçinin, İraq Kürdüstanında keçirilən referendumu qeyri-qanuni adlandırıb və İraq Kürdüstanı rəsmilərini insanlar arasında nifrət hissi yaymaqda ittiham edib.