Ərəbistanlı qadınlar 60 ildən sonra sürücülük haqqı əldə ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283715-Ərəbistanlı_qadınlar_60_ildən_sonra_sürücülük_haqqı_əldə_ediblər
Ərəbistan kralı bir fərman imzalayaraq, qadınlara sürücülük vəsiqəsinin verilməsinə icazə verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2017 06:15 Asia/Baku
  • Ərəbistanlı qadınlar 60 ildən sonra sürücülük haqqı əldə ediblər

Ərəbistan kralı bir fərman imzalayaraq, qadınlara sürücülük vəsiqəsinin verilməsinə icazə verib.

Ərəbistan medialarının bildirdiklərinə görə, səudiyyəli qadınlara sürücülük vəsiqəsinin verilməsi bəzi şərtlər ilə məhdudlaşdırılıb. Kral Salmanın qadınlara sürücülük vəsiqəsinin verilməsi ilə bağlı fərmanı 10 ay sonra icra ediləcək. 

Ərəbistan yeganə ölkədir ki, bu ölkədə qadınlara sürücülük icazəsi verilmir. Bu qadağa 1967-ci ildən Ərəbistanda tətbiq edilir. 

Ərəbistanda qadınlar bir çox ilkin haqq və hüquqlarından məhrumdurlar. 

Ərəbistan qanunlarına əsasən qadın tək səfərə çıxa bilməz, maliyyə fəaliyyətləri göstərə bilməz və həyat yoldaşı və ya yaxınlarından birinin icazəsi olmadan bəzi həkimlərə müraciət edə bilməz. 

İnsan Haqları Təşkilatları dəfələrlə Ərəbistan hökumətinin qadınlara qarşı qeyri-insani davranışlarını tənqid ediblər.