Rusiya İraqın ərazi bütövlüyünün qorunmasını vurğuladı
Rusiya İraqın ərazi bütövlüyünün qorunmasına təkid edərək, mərkəzi hökumət ilə Kürdüstan məntəqəsi başçıları arasında danışıqların aparılmasını istəyib.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat yayaraq, İraq Kürdüstanında separatçı manevrin keçirilməsinə işarə edib və regionda gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinilməsini tövsiyə edib.
Bu bəyanatda deyilir: Moskvanın mövqeyi İraqın ərazi bütövliyi və milli hakimiyyətini himayə etməkdir.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin, Moskvanın küdrlərin istəklərinə hörmət etdiyi bildirilir. Amma, eyni zamanda ixtilaflı məsələlərin mərkəzi hökumət ilə danışıqlar vasitəsi ilə həll edilməsini vurğulayır.
İraq Kürdüstanında separatçı referendum 25 sentyabrda yerli və xarici müxalifətlərə və beynəlxalq etirazlara rəğmən keçirildi.