İraq Kürdüstanı Bağdadla müzakirə aparmaq istəyir
-
İraq Kürdüstanı Bağdadla müzakirə aparmaq istəyir
İraqın mərkəzi dövlətinin Kürdüstan bölgəsinin sərhədləri və hava limanlarının rəsmi Bağdada təhvil verilməsinə dayir möhlət təyin etməsinin ardınca, bölgənin yerli idarəsi iclas keçirib və möhlətin sona çatmasından öncə İraq dövləti ilə müzakirə aparmağa dayir qərar çıxarıb.
İRNA-nın verdiyi məlumata görə, İraq Kürdüstanı yerli idarəsinin iclasında İraqın mərkəzi hökumətinin və parlamentinin qərarı araşdırılıb və iştirakçılar səs çoxluğu ilə Bağdadla möhlət bitməmiş müzakirə aparılması qərarına gəliblər.
İraqın baş naziri Heydər Əl-İbadi çərşənbə axşamı Kürdüstan bölgəsinə 72 saat möhlət verdi ki, aeroportlar və sərhəd keçid məntəqələrini mərkəzi hökumətə təhvil versin.
Əl-İbadi Kürdüstan bölgəsinin İraqdan ayrılmasına dayir referendumun keçirilməsinin İraq konstitusiyası və beynəlxalq qanunlara zidd olduğunu bildirərək deyib ki, insanları hədə-qorxu ilə qutu başına çəkib gətiriblər.
Dünən İraq parlamenti də 13 maddəlik layihə qəbul edərək İraq dövlətinə İraqın siyasi hakimiiyyətinin Kürdüstan bölgəsində bərpası üçün hərbi yol da daxil bütün seçimlərdən istifadə icazəsi verib. İraq parlamenti Məsud Barizani və Kürdüstan bölgəsinin digər başçılarına qarşı cinayət işinin açılmasını istəyib.
İraqın Kürdüstan bölgəsinin İraqdan ayrılması üzrə referendum beynəlxalq və regional müxalifətlər eləcə də İraqın mərkəzi dövlətinin çağırışlarına rəğmən İraq konstitusiyasına zidd olaraq 25 sentyabrda İraqın şimal ərazilərində keçirilmişdir.