İşğal edilmiş Qüdsdə təhlükəsizlik tədbirləri gücləndirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283823-İşğal_edilmiş_qüdsdə_təhlükəsizlik_tədbirləri_gücləndirilib
Bir fələstinli şəhadətsevər gəncin əməliyyatı nəticəsində 3 sionist hərbçinin öldürülməsi və birinin yaralanmasının ardınca sionist rejim işğal olunmuş Qüdsün şimal qərbində təhlükəsizlik tədbirlərini gücləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 08:04 Asia/Baku
  • İşğal edilmiş Qüdsdə təhlükəsizlik tədbirləri gücləndirilib
    İşğal edilmiş Qüdsdə təhlükəsizlik tədbirləri gücləndirilib

Bir fələstinli şəhadətsevər gəncin əməliyyatı nəticəsində 3 sionist hərbçinin öldürülməsi və birinin yaralanmasının ardınca sionist rejim işğal olunmuş Qüdsün şimal qərbində təhlükəsizlik tədbirlərini gücləndirib.

İsrailin hərbi qüvvələri Haradar bölgəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər və bu əraziyə çıxışı güclü nəzarətə alıblar. 

İsrail polisi bildirir ki, heç bir fələstinli fəhlə Haradara girə bilməz. 

Bu tədbirlər bir fələstinli gəncin 3 sionist hərbçinin ölümü ilə nəticələnən şəhadətsevər əməliyyatından sonra həyata keçirilir. 

Nimr Mahmud Əhməd Camal adlı fələstinli gənc sionist rejimin iki təhlükəsizlik və bir sərhəd polis qüvvəsini öldürdü. Camalın özü isə sionist hərbçilər tərəfindən güllələnərək şəhid edildi.