Ərbil aeroportu beynəlxalq uçuşların dayandırılması xəbərini təsdiqləyib
-
Ərbil aeroportu beynəlxalq uçuşların dayandırılması xəbərini təsdiqləyib
İraqın Ərbil beynəlxalq hava limanının rəhbəri deyib: Cümə günündən etibarən bu aeroportun beynəlxalq uçuşları dayandırılacaq.
Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Qətər hava şirkəti də İraq Kürdüstanına uçuşlarını dayandırmasından xəbər verib. Birləşmiş Ərəb Əmirliklərinin Flay hava şirkəti də bildirib ki, İraq dövlətinin tələblərini nəzərə alaraq müvəqqəti olaraq Ərbilə uçuşlarını dayandıracaq.
Livanın Əşşərqül-Övsət və Misir, Türkiyə və İordaniya hava şirkətləri də öncədən İraq Kürdüstanına uçuşları dayandırdıqlarını bildirmişdilər.
Dünən İraqın aviasiya təşkilatı xarici hava şirkətlərinə İraq Kürdüstanına bütün uçuşlarını dayandırmaları barədə müraciət etmişdir.
Beynəlxalq və regional müxalifətə baxmayara İraq Kürdüstanı başçısının bu bölgənin İraqdan ayrılması üzrə referendum Keçirməsi İraq dövlətini bu hərəkətə qarşı qanuni addımlar atmağa məcbur edib.