Yəməndə vəbanın yayılması onun tarixdəki ən pis formasıdır
-
Yəməndə vəbanın yayılması onun tarixdəki ən pis formasıdır
Yoxsulluq, aclıq və ədalətsizliyin kökünün kəsilməsi üzrə beynəlxalq yardım fondu- Oksfam(Oxfam) dünən Yəməndə vəbanın yayılmasını onun tarixdəki ən pis forması adlandırıb.
Oksfam indiyədək 770 min yəmənlinin vəbaya tutulduğunu qeyd edərək, bildirib ki, hazırkı gedişatın davam etməsilə Yəməndə bu xəstəliyə tutulanların sayı noyabr ayınadək bir milyon nəfərə çatacaqdır.
BMT-nin Uşaq Fondu (UNICEF) son zamanlar bildirib ki, Yəməndə bu xəstəlikdən əziyyət çəkənlərin yarısından çoxunu uşaqlar təşkil edirlər.
Ərəbistanın Yəmənə qarşı hücumları və bu ölkənin infrastruktur təsisatlarının, xüsusən su təchizatı şəbəkəsinin dağılmasının davam etməsilə vəba xəstəliyi Yəməndə sürətlə yayılmaqdadır.
Ərəbistanın Yəmənə qarşı təcavüzü 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.