İŞİD-in Suriyadakı ən böyük mütəşəkkil planı zərərsizləşdirilib
-
İŞİD-in Suriyadakı ən böyük mütəşəkkil planı zərərsizləşdirilib
Suriya ordusu Deyruz-Zurun müxtəlif istiqamətlərində İŞİD-in hücumlarının qarşısını alıb və Əs-Səxnə-Deyruz-Zur yolunu açıb.
İŞİD terror qruplaşması ötən gün Homs-Deyruz-Zur vilayətləri arasında yerləşən Suriya ordusu mövqelərinə ən böyük mütəşəkkil hücumunu həyata keçirib.
Rusiya və Suriya qırıcılarının köməyi ilə müqavimət qüvvələri İŞİD-in nüfuz etdiyi mövqelərə nəzarəti ələ keçirdikdən sonra Kəbacəb ətrafında birləşib və İŞİD-in nüfuzunun qarşısı alınıb.
Suriya ordusu həmçinin İŞİD-in Hmeymimə hücumunun qarşısını alıb və onlarla İŞİD-çi öldürülüb.
İŞİD-in KƏbacəb və əl-Şula yolunda keçirdiyi əməliyyatda bir neçə hərbçi və sivil həlak olub.
Bir hərbi rəsmi bildirib ki, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın planları ilə uzlaşan İŞİD-in böyük planı zərərsizləşdirilib.