Sen 30, 2017 19:28 Asia/Baku
  • Kürd muxtariyyəti parlamenti Ayətullah Sistaninin təşəbbüsünü qəbul etdi
    Kürd muxtariyyəti parlamenti Ayətullah Sistaninin təşəbbüsünü qəbul etdi

İraq Kürdüstanı yerli parlamenti referendum böhranı haqda Ayətullah Sistaninin təşəbbüsünü qəbul edib.

İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistani ötən cümə günü Kərbəla şəhərində təklif edib ki, Konstitusiya ixtilafların həlli üçün əsas olsun və nəticə əldə olunmadığı halda, Konstitusiya Ali Məhkəməsi son qərarı versin. 

İRNA-nın məlumatına görə, İraq Kürdüstanının yerli parlament sədrinin müavini bu gün bildirib: Ayətullah Sistaninin vəziyyətin sakitləşdirilməsi üzrə təşəbbüsü və kürdlərin hüquqlarının qorunmasına dəvətini müsbət qarşılayırıq. 

Əs-Süməriyyə Newsun məlumatına görə, İraq kürd muxtariyyəti yerli parlamenti Kürdüstanın ayrılması üzrə referendum haqda İraq parlamentinin qərarlarının araşdırılması məqsədilə iclas keçirib. 

İraq Baş Nazirinin ofisi də Ayətullah Sistaninin Kərbəla cümə namazında mövqeyinin bəyan olunmasından bir neçə saat sonra bir bəyanat verərək mərcəiyyətin İraq Konstitusiyası və Konstitusiya Ali Məhkəməsinin ixtilafları həll etmək üzrə əsas götürülməsi təşəbbüsünü müsbət qarşılayıb. 

İraqın ali təqlid mərcəyinin nümayəndəsi Seyid Əhməd Əs-Safi ötən gün cümə namazı xütbələrində Bağdad hökuməti və kürd muxtariyyəti başçılarını ərazi bütövlüyü və konstitusiya çərçivəsində ixtilafların həll edilməsinə çağırıb. 

Bundan öncə İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistani kürd muxtariyyətində referendumun keçirilməsinə qarşı çıxmaqla yanaşı İraqın parçalanması üzrə səylərdən təəssüflənib və bütün tərəfləri konstitusiyaya sadiq qalmağa çağırıb. 

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum beynəlxalq və İraq dövlətinin qarşı çıxmasına rəğmən, 25 sentyabrda Məsud Barzaninin şəxsi istəyi əsasında keçirilib. 

Teqlər