Okt 01, 2017 12:16 Asia/Baku
  • Rusiyanın hücumlarında Suriyada 2300-dən çox terrorist öldürülüb

Rusiyanın müdafiə naziriliyi İŞİD ilə Cibhətunnusrə-nin Suriyada məğlub olduqlarını bildirərək, vurğulayıb ki, rus bombardmançıları son on gündə 2359 terrorçunu öldürüb, 2700 terrorçunu da yaralayıblar.

Rusiya müdafiə naziriliyinin sözçüsü general İqor Konaşenkov dünə belə deyib: Öldürülmüş terrorçulardan on altı nəfər onların başçılarından, 400-dən yuxarı terrorçu da Rusiya və MDB ölkələrinin vətəndaşlarından olubdur.

Konaşenkov sonra bildirib: Suriya ordusu və Rusiyanın hava-kosmos qüvvələrinin koordinasiyası ilə terrorçuların suriyalı qüvvələrin İdlib və Diyrəzzur məntəqələrindəki mövqelərinə qarşı hücumları uğurla dəf olunub və hücumçu terrorçular öldürülüblər; bir qrup terrorçu da aradan çıxıbdır.

Rusiya müdafiə naziriliyi sözçüsünün dediyinə görə, İŞİD və Cibhətunnusrə terrorçuları son on gündəki hücumlarda son bir neçə ayda ən ağır tələfata düçar olublar.

Rusiyanın hərbi bölmələri Suriyanın qanuni dövlətinin xahişi ilə 2015-ci ilin sentyabrından bəri bu ölkədə anti-terror əməliyyatları həyata keçirirlər.

 

Teqlər