Bəhreyndə Aşura aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284063-bəhreyndə_aşura_aksiyası
Bəhreyndə İmam Hüseyn(ə) əzadarları Aşura günortası mərasimlərindən sonra bu ölkə şiələrinin məşhur ruhanisi şeyx İsa Qasimə dəstək üçün kəfən geyinərək etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2017 17:03 Asia/Baku
  • Bəhreyndə Aşura aksiyası

Bəhreyndə İmam Hüseyn(ə) əzadarları Aşura günortası mərasimlərindən sonra bu ölkə şiələrinin məşhur ruhanisi şeyx İsa Qasimə dəstək üçün kəfən geyinərək etiraz aksiyası keçirib.

İRİB-in bu gün verdiyi məlumata görə, Şeyx İsa Qasimin yaşadığı Ədduraz məntəqəsində əhali onun mənzilinə doğru yürüş keçirərkən tanınmış ruhaninin mənzilini mühasirəyə alan təhlükəsizlik qüvvələri ilə toqquşub.

Əldə olunan məlumatlara görə, Bəhreyn təhlükəsizlik qüvvələri aksiyaçılara qarşı gözyaşardıcı qazdan və saçma güllələrdən istifadə ediblər.

İmam Hüseyn(ə) Tasuası və Aşurası günlərində Bəhreyn təhlükəsizlik qüvvələri Aşura rəmzlərini yığışdıraraq Hüseyniyələrdə şeyx İsa qasimin adının çəkilməsinə belə qadağa qoymuşdur.