Okt 02, 2017 11:15 Asia/Baku
  • Diyrəzzur ətrafına hava hücumlarının nəticəsi:12 ölü
    Diyrəzzur ətrafına hava hücumlarının nəticəsi:12 ölü

Amerikan koalisiyanın Suriyanın şərqindəki Diyrəzzur şəhərinə qarşı ən yeni hava hücumlarında əksəriyyəti qadın və uşaqlar olmaqla azı on iki mülki həlak olub.

Yerli qaynaqlar və Suriya mediaları məlumat verirlər: Amerikanın başçılığı altında olan “beynəlxalq anti-İŞİD koalisiyası” adlandırılan koalisiyanın qırıcıları dünən Diyrəzzurun şərqindəki Əlbukəmal şəhərinin müxtəlif bölgələrini bombalayaraq, beş mülkini həyatına son qoyublar.

Bu mənbələr əlavə ediblər: Diyrəzzurun şərqindəki “Bəqrəs Foqani” qəsəbəsinin amerikan koalisiyanın hərbi təyyarələri tərəfindən bombardman edilməsi nəticəsində daha yeddi sivil həlak olubdur.

Yerli qaynaqlar və Suriya mediaları bildiriblər ki, bu hücumlarda on suriyalı sivil də yaralanıb, eləcə də bir neçə evə və əhalinin əmlakına xəsarətlər dəyibdir.

 

 

Teqlər