Nəsrullah: Netanyahu dövləti yəhudiləri uçuruma sürükləyir
Okt 02, 2017 12:59 Asia/Baku
-
Seyid Həsən Nəsrullah
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Aşura günü münasibətilə etdiyi çıxışında deyib: Yəhudilər bilməlidirlər ki, onlar Amerikanın regionu hədəfə alan siyasətlərinin qurbanı olublar.
O, yəhudi din xadimlərinə üz tutaraq, əlavə edib: Netanyahu hökuməti sizin xalqınızı uçuruma doğru sürükləyir, zira o, müharibə üçün plan hazırlayır.
O, əlavə edib: Netanyahu və onun dövləti hansı məntəqələrə şamil olacağı və necə bitəcəyi bəlli olmayan bir müharibəyə başlayıbdır.
Seyid Həsən Nəsrullah vurğulayıb: Əgər Netanyahu bir savaşa başlayarsa, işğal olunmuş Fələstində heç bir təhlükəsiz məkan mövcud olmayacaqdır.